Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyətə başlamasının 3 ili tamam olur.

Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara və şəhid ailələrinə dövlət qayğısının mühüm tərkib hissəsi olan bu xidmət 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir. “Çağrı Mərkəzi” müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən psixoloji yardım və tibbi reabilitasiya xidmətlərinin vahid platformadan koordinasiyası, bu kateqoriyadan olan vətəndaşlarla proaktiv işin təşkili, onların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə yaradılıb.

Fəaliyyət göstərdiyi 3 il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrindən daxil olan ümumilikdə 148 971 müraciət cavablandırılıb. Bunlardan 28 244-ü birbaşa daxil olan zənglər, 120 727-si isə proaktiv əlaqələrdir. Bu isə, Vətən müharibəsi iştirakçılarına göstərilən tibbi və psixoloji xidmətlərin davamlı və sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Birbaşa daxil olan müraciətlərin 9 675-i Bakı-Sumqayıt və Şimal bölgəsi, 12 240-ı Qərb bölgəsi, 124-ü Naxçıvan Muxtar Respublikası, 2 221-i Mərkəzi Aran, 3 984-ü isə Cənub bölgəsinin payına düşür.

Eyni zamanda, “Çağrı Mərkəzi” tərəfindən həyata keçirilən proaktiv zənglərin 43 717-si Bakı-Sumqayıt və Şimal bölgəsi, 50 506-sı Qərb bölgəsi, 51-i Naxçıvan Muxtar Respublikası, 9 876-sı Mərkəzi Aran, 16 577-si isə Cənub bölgəsi üzrə qeydə alınıb. Proaktiv zənglər vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrinin ehtiyacları mütəmadi öyrənilir və onlara vaxtında dəstək göstərilir.

Hesabat dövründə psixoloji yardım ilə bağlı 3 528 müraciət Səhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına yönləndirilib. Bununla yanaşı, psixiatrik müayinə və müalicə ilə bağlı 3 481 müraciət daxil olub.

Reabilitasiya xidmətləri çərçivəsində ümumilikdə, 3 687 müraciət aidiyyəti tibb müəssisələrinə yönləndirilib. Onlardan, 2 799-u Sanator-Kurort Reabilitasiya Mərkəzinə, 561-i Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna, 294-ü Göygöl Kardiorevmatoloji Sanatoriyasına göndərilib. Eyni zamanda, 33 şəhid övladı Respublika Uşaq Sanatoriyasında müalicə almaq üçün yönləndirilib.

Fəaliyyət dövründə “Çağrı Mərkəzi”nə 1 411 təşəkkür zəngi daxil olub ki, bu da göstərilən xidmətlərin vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir.

Qeyd edək ki, 9109 “Çağrı Mərkəzi” həftənin bütün günləri, günün 24 saatı fasiləsiz fəaliyyət göstərir və daxil olan müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edir. Bu xidmət Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən davamlı dövlət qayğısının mühüm nümunəsidir.

Son yenilənmə tarixi : 2026-04-02 15:33
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.