Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Gənc Tibb İşçilərinin Konfransı” keçirilib.

Qəbələ rayonunda Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konfransın əsas məqsədi gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi, əmək hüquqları, psixoloji rifahı və karyera imkanları ilə bağlı məsələlərin müzakirəsi, həmçinin gənc mütəxəssislərin regionlarda davamlı fəaliyyətinin təşviq edilməsidir.

Tədbir regional əməkdaşlığın genişləndirilməsi, gənc səhiyyə işçiləri arasında təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsi baxımından da mühüm platforma olub.

Konfransda aidiyyəti dövlət qurumlarının, səhiyyə strukturlarının və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə yanaşı, Qəbələ, Oğuz, Balakən, Qax, Zaqatala, eləcə də Şəki şəhər və rayonlarından olan gənc tibb işçiləri iştirak ediblər.

Tədbir çərçivəsində iki panel müzakirəsi keçirilib.

“Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” mövzusunda keçirilən I paneldə karyera planlaması, davamlı peşəkar inkişaf, uğurlu peşə modeli, səhiyyə işçilərinin psixoloji rifahının qorunması, eləcə də gənclərin peşəkar inkişafının və sosial rifahının təmin olunmasında həmkarlar ittifaqlarının rolu müzakirə edilib.

“Gənclərin regionlarda inkişaf yolu” adlı II paneldə isə tibb müəssisələrində çalışan gənc kadrların qarşılaşdıqları əsas problemlər, peşə fəaliyyəti zamanı yarana biləcək hüquqi risklər, xəstə hüquqlarının qorunması, həmçinin gənclərin bölgələrdə davamlı məşğulluğunun təşviqi üçün motivasiya mexanizmləri diqqət mərkəzində olub.

Konfransın interaktiv hissəsində “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” təşkil olunub. Yarış zamanı iştirakçılar tibbi biliklərini, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, konfrans Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin gənc tibb işçilərinin peşəkar inkişafının, sosial rifahının və regionlarda fəaliyyətinin davamlılığının dəstəklənməsinə yönəlmiş silsilə regional layihələrinin növbəti mərhələsidir.

Son yenilənmə tarixi : 2026-09-02 17:43
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.