Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu məqsədlə növbəti aksiya 10 aprel tarixində Ağdərə rayonunda uğurla keçirilib.

Aksiyanı Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikasının həkim briqadası həyata keçirib. Həkimlər həm yerli əhalini, həm də “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağın bərpasında fəaliyyət göstərən mütəxəssisləri müayinə edərək onlara konsultativ tibbi xidmət göstəriblər.
Aksiya çərçivəsində ilk dəfə olaraq tibdə inqilabi yenilik sayılan BPR Swiss-in SMART-PORT portativ stomatoloji qurğusu tətbiq olunub. Bu müasir qurğu məktəblərdə, qocalar evlərində və səyyar müayinələrdə yüksək keyfiyyətli stomatoloji xidmət göstərməklə, vətəndaşların klinikaya getmək ehtiyacını azaldır və müalicəyə çıxışı daha da asanlaşdırır. SMART-PORT-un fasiləsiz işləmə xüsusiyyəti, tez quraşdırılması və çoxfunksiyalı alətləri (mikromotor, skaler, üçfunksiyalı şpris) müalicə imkanlarını genişləndirir.
Ağdərə sakinləri səyyar şəraitdə bu portativ qurğu vasitəsi ilə tam stomatoloji xidmət alıblar. Tam avtonom iş rejimi və fasiləsiz işləmə imkanı sayəsində müalicələr daha sürətli və rahat aparılıb, vətəndaşların vaxtına qənaət olunub.

Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və vətəndaşlara geniş konsultativ tibbi xidmətlərin göstərilməsi olub.
ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi altında stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqu daxil olmaqla klinikanın geniş həkim briqadası əhalinin ətraflı müayinəsini həyata keçirib. Ümumilikdə, aksiyada 140-a yaxın vətəndaş tibbi müayinədən keçib, müvafiq müalicə prosedurları aparılıb, erkən diaqnostika və profilaktik konsultasiyalar təmin edilib.
Bu təşəbbüs “Böyük Qayıdış” proqramının regionlarda həyat keyfiyyətinin artırılması, sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi və yerli əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Son yenilənmə tarixi : 2026-04-10 15:58
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.