Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

Görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyə, tibb elmi, əczaçılıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Teymur Musayev Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin mövcudluğunu vurğulayıb. Nazir səhiyyə sektorunda da qarşılıqlı təcrübə mübadiləsi, tibbi təhsil, səhiyyə mütəxəssislərinin hazırlanması və elmi-praktik əməkdaşlıq istiqamətlərində əlaqələrin inkişafı üçün əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.

Ömər Bərəkət əl-Nahar Azərbaycan ilə İordaniya arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Səfir səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.

Görüşün sonunda tərəflər Azərbaycan və İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliklərini ifadə ediblər.

Son yenilənmə tarixi : 2026-07-15 12:07
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.