Səhiyyə Nazirliyində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klügenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Klugenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Aİ-dəki nümayəndəsi Oksana Domenti, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmançı, ÜST-nin kommunikasiya məsələləri üzrə mütəxxəsisi Roy Vaidaya iştirak ediblər.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ilk növbədə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazirin sözlərinə görə, Azərbaycanın nüfuzlu səhiyyə təşkilatı ilə sıx əməkdaşlığı hər il yüksələn xətlə inkişaf edir: “Ötən dövrdə qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.

Ölkə başçısının tapşırığı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerli əhalinin tibbi ehtiyaclarının qarşılanması məsələsinin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı tədbirlərin həyata keçirildiyi də diqqətə çatdırılıb.

Teymur Musayev qeyd edib ki, bu məqsədlə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində artıq müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb: "Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, ambulans avtomobilləri və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub".

Nazir həmçinin bildirib ki, Xankəndidə yerli əhalinin cari tibbi ehtiyacları və sanitar-epidemioloji vəziyyət qiymətləndiriləndən sonra müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səmimi qəbula görə səhiyyə nazirinə öz təşəkkürünü bildirərək təmsil etdiyi Təşkilatın ölkəmizlə 30 ildən artıq uğurlu əməkdaşlığını vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge Azərbaycan Respublikasının Prezidenti ilə görüşdüyünü xatırladıb. Görüşdə Prezident İlham Əliyevin COVID-19-a qarşı mübarizədə ÜST-ün ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi 80-dən artıq ölkəyə yardım etməsi, Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sistemi yaradılması və vaksin həmrəyliyi ilə bağlı səylər ətrafında fikir mübadiləsinin aparıldığını vurğuladı.

O, təmsil etdiyi təşkilatın Qarabağ bölgəsində yaşayan yerli əhaliyə psixoloji reabilitasiya ilə bağlı yardımların və digər zəruri tibbi xidmətlərin göstərilməsinə hazır olduğunu bildirib.

Sonda qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.