Səhiyyə Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüş keçirilib.

Görüş zamanı ölkəmizin səhiyyə sistemində yeni texnologiyaların tətbiqi, bu sahədə çalışan şəxslərin peşəkarlığının artırılması, təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Səhiyyə naziri Teymur Musayev öz çıxışında Azərbaycan və Dünya Bankı arasında əlaqələrin çoxşaxəli və səmərəli olduğunu vurğulayıb. Rəqəmsal texnologiyalardan istifadənin səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini bildirən nazir ötən ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Teymur Musayev həmçinin səhiyyənin rəqəmsallaşdırılmasında ölkəmizə göstərdiyi dəstəyə görə Dünya Bankına təşəkkürünü bildirib.

Öz növbəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Azərbaycanın səhiyyə sistemində aparılan islahatların yüksək qiymətləndirib. Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan Sebastian Molineus ölkəmizin pandemiya ilə mübarizə sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

Görüş zamanı həmçinin düşmən işğalından azad edilmiş ərazilərdə tibbi infrastrukturun bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirməsi ətrafında faydalı müzakirələr aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.