Səhiyyə Nazirliyində Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) prezidenti, professor Ənvər Həsənoğlu ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev IPA-nın dünyada uşaqların sağlamlığının və sosial rifahının qorunması ilə bağlı problemlərin həllinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib. Öz çıxışında nazir Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı: “Uşaqların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.

Teymur Musayev Azərbaycan Tibb Universitetinin Beynəlxalq Pediatriya Assosiasiyası ilə uğurlu əməkdaşlığın davam etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakıda keçirilən I Milli Pediatriya Konqresi zamanı beynəlxalq mütəxəssislərin məruzələri və aparılacaq müzakirələr Azərbaycanda pediatriyanın inkişafına mühüm töhfə verəcək.

Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən IPA-nın prezidenti Ənvər Həsənoğlu beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda səhiyyənin müxtəlif sahələrinin, o cümlədən pediatriyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konqreslər hər zaman yüksək səviyyədə təşkil olunub.

Görüşdə Beynəlxalq Pediatriya Assosiasiyasının Azərbaycan Səhiyyə Nazirliyi ilə pediatriya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.