Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa regionu üzrə direktoru Rana Karadşehlə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Öz çıxışında nazir 2022-ci il dekabrın 27-də Prezident İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun imzalandığını xatırlatdı. Bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, eyni zamanda dövlət tərəfdaşı və özəl tərəfdaş arasında yaranan münasibətləri tənzimləyir.

Sonda Teymur Musayev ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Öz növbəsində Rana Karadşeh ölkəmizin 1995-ci ildən Korporasiyaya üzv olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlər görülüb.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə apardılar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.