Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində səhiyyə nazirlərinin video-konfrans formatında görüşü keçirilib

27 may 2021-ci il tarixində Qoşulmama Hərəkatı çərçivəsində üzv ölkələrinin səhiyyə nazirlərinin video-konfrans formatında görüşü keçirilib.

Səhiyyə nazirlərinin görüşünü açılış nitqi ilə salamlayan Səhiyyə nazirinin birinci müavini səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev 2021-ci ilin pandemiya ilə mübarizə ili olduğunu qeyd edərək Hərəkat çərçivəsində ictimai səhiyyə sahəsində qlobal səylərin birləşdirilməsinin əhəmiyyətini qeyd edib. “Çoxtərəfli Hərəkatın dəstəyini təsdiqləyirik və bunun təməlində Birləşmiş Millətlər Təşkilatı dayanır və sözü gedən qurumun Baş katibinin pandemiya ilə mübarizə planlarına və təşəbbüslərinə tam dəstəyimizi bildiririk. Bu qlobal problemi effektiv və vaxtında həll etmək üçün milli, regional və beynəlxalq səviyyədə razılaşdırılmış tədbirlərin görülməsi vacibdir”.

İclasda qonaq qismində dəvət edilmiş Ümumdünya Səhiyyə Təşkilatının direktoru Dr. T.A. Gebreyesus və South Centre-nin icraçı direktoru çıxış edərək, pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə təşəkkür etmiş və COVID-19 ilə mübarizədə vaksinasiyanın əhəmiyyətini diqqətə çatdırıblar.

Konfransda Qlobal Səhiyyə Həmrəyliyi prinsipinə əsaslanan əməkdaşlıq bir daha vurğulanıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.