Azərbaycan Səhiyyə Nazirliyində Dünya Tibb Təhsili Federasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Dünya Tibb Təhsili Federasiyasının (World Federation of Medical Education, WFME) prezidenti Rikardo Leon-Borkeslə görüşüb. Görüşdə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də iştirak edib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev WFME-nin missiyasının beynəlxalq müstəvidə ali elmi və etik standartların tətbiqi yolu ilə tibbi təhsilin keyfiyyətinin artırılması istiqamədində fəaliyyətini yüksək qiymətləndirib.
Nazir çıxışında qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsinin və tibb elminin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Teymur Musayev Azərbaycan Tibb Universiteti ilə (ATU) Dünya Tibb Təhsili Federasiyası arasında uğurlu əməkdaşlığın davam etdiyini də diqqətə çatdırıb. Nazir ötən il ATU beynəlxalq akkreditasiyadan keçməklə, yüksək status əldə etdiyini və Dünya Tibb Təhsili Federasiyasının keyfiyyət nişanının qazandığını vurğuladı. Onun sözlərinə görə, bu standartlar ATU diplomunun beynəlxalq tanınma coğrafiyasının genişləndirilməsində mühüm addımdır: “Eyni zamanda, bu standartlar Azərbaycan Tibb Universitetinin beynəlxalq tibbi təhsil məkanına daxil olmasına və yüksək səviyyəli mütəxəssislər hazırlamasına imkan yaradır”.
Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğuladı.

Səmimi qəbula görə minnətdarlığını bildirən WFME prezidenti Azərbaycanda səhiyyə və tibb elminin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi.

Federasiyasının Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Tibb Assosiasiyası, UNESCO və BMT-nin müvafiq qurumları ilə qarşılıqlı əlaqədə olduğunu qeyd edən Rikardo Leon-Borkes WFME-nin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Görüş zamanı Azərbaycan Səhiyyə Nazirliyi ilə Dünya Tibb Təhsili Federasiyası arasında əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.