Azərbaycan Səhiyyə Nazirliyində Dünya Bankının regional direktoru ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyanın İnsan İnkişafı üzrə regional direktoru xanım Fadia Saadahla görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğuladı: “Səhiyyə sisteminin təkmilləşdirilməsi, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Bunu nəzərə alaraq, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Sonda Teymur Musayev bildirdi ki, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın inkişaf etməsinə təkan verir.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Fadia Saadah təmsil etdiyi beynəlxalq təşkilatın Azərbaycan ilə səmərəli əməkdaşlığını vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, ölkəmizə işgüzar səfərin məqsədi insan kapitalının inkişafı ilə bağlı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində Dünya Bankının Azərbaycan hökumətinə göstərdiyi potensial dəstəyin müzakirə etməsidir.

Görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, eyni zamanda yeni birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.