Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalva ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir.
Nazir, həmçinin Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında bir sıra sahələrdə, o cümlədən səhiyyə sferasında da səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanda universal tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və kəskin xəstəliklərə qarşı dayanıqlığının artırılması əməkdaşlığımızın əsas istiqamətlərindən biridir”.
Teymur Musayev çıxışında mart ayında Azərbaycanın paytaxtında XI Qlobal Bakı Forumunun keçirildiyini xatırladıb: “Bakı Forumu çərçivəsində Azərbaycan Prezidenti BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayneri qəbul edib. Görüş zamanı dövlət başçısı Akim Ştayneri bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Dövlət başçısı Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyini bildirib”.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli münasibətlərin gələcək dinamik inkişafına ümid etdiyini ifadə edib.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.
Alessandra Rokkasalva Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində Azərbaycanla BMT-nin İnkişaf Proqramının sıx əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.