Azərbaycan Səhiyyə Nazirliyi ilə ÜST arasında bir sıra prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə gələcəkdə birgə layihələrin həyata keçirilməsi ətrafında (Azərbaycanda 2024-2025-ci illər üçün immunizasiya proqramı üzrə Birgə Strategiyanın hazırlanması; səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi; COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi; səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması; ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək və s.) faydalı müzakirələr aparılıb.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb: “Ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.

Nazir çıxışında ilkin səhiyyə xidmətinin gücləndirilməsini universal tibbi təminatın əsasını təşkil etdiyini vurğulayıb. Bildirilib ki, nazirlik tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atılır.

ÜST ekspertlərinin ictimai səhiyyə sahəsində çoxillik təcrübəsini vurğulayan Teymur Musayev Azərbaycanın regionlarında ailə həkimi institutunun yaradılması istiqamətində dinamik əməkdaşlığın vacibliyini qeyd edib.

COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı fəaliyyətini daim dəstəklədiyini vurğulayıb. O, Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşkilatın ölkəmizdəki nümayəndəliyinə təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

2030-cu ilədək Avropa İmmunlaşdırma Gündəliyi mövzusuna toxunan H.Harmancı immunizasiya proqramının ölkələr daxilində və ölkələr arasında peyvənd əhatəsində bərabərsizliklərlə mübarizə üçün yeni istiqamət verəcəyini bildirib. ÜST nümayəndəliyinin rəhbəri Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə uzunmüddətli sıx əməkdaşlığını vurğulayaraq, ÜST-nin ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək tədbirlərinə hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.