Avropa Şurasının insan hüquqları üzrə müvəkkili Dunia Miyatoviçin başçılıq etdiyi nümayəndə heyəti Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə olub

Azərbaycan Respublikası “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası” əməkdaşlarının müşayəti ilə Avropa Şurasının insan hüquqları üzrə müvəkkili Dunia Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətinin Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə olub. Görüşdə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın, “MTE və PA Birliyi”nin əməkdaşları, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşları, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın yaxınları da iştirak ediblər.

Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin baş direktoru, professor Ədalət Həsənov insan hüquqları üzrə müvəkkilə birlikdə İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağda işğaldan azad edilmiş ərazilərdə 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın itkin düşmüş (qətlə yetirilmiş) soydaşlaımıza məxsus skeletlərin və sümük qalıqlarının xüsusi tibbi qaydalara müvafiq ekshumasiyası, qablaşdırılması, bu maddi sübutların Birliyin kriminalistika şöbələrində və müvafiq laboratoriyalarda məhkəmə-tibbi müayinəsi, istintaq orqanları (hərbi və mülki prokurorluq və s.) tərəfindən çıxarılmış qərarlarda qoyulan sualların cavablandırılması, aşkar edilmiş sümük qalıqlarına əsasən bu şəxslərin məhkəmə-tibbi identifikasiyası (eyniləşdirilməsində), bu sümük qalıqlarının xüsusi şəraitlərə malik depolarda saxlanılması və yaxınlarına təhvil verilməsində məhkəmə-tibbi ekspertizanın rolu və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib. İnsan hüquqları üzrə müvəkkil Dunia Miyatoviç və nümayəndə heyətinin digər üzvləri tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın yaxınları qəbul edilib, söhbətlər aparılıb.

Professor Ədalət Həsənov müvəkkil Dunia Miyatoviç və digər qonaqlara Birliyin Məhkəmə-tibbi Kriminalistika şöbəsi və şöbənin laboratoriyalarında aparılan işlər, Birinci Qarabağ müharibəsindən itkin düşmüş şəxslərin sümük qalıqlarının ekspertizası barədə ətraflı məlumat verib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.