Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

ÜST-nin Baş direktoru Səhiyyə Nazirliyinin professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasında olub

Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus Səhiyyə Naziri Teymur Musayevlə birgə nazirliyin professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasını ziyarət ediblər.

Səhiyyə naziri Teymur Musayev müəssisənin fəaliyyəti, uşaqlar və yeniyetmələr arasında vərəm və digər tənəffüs orqanları xəstəliklərinin profilaktikası, erkən diaqnostikası, müalicəsi və reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Bakıda professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının yeni binası inşa olunub. Bildirilib ki, sanatoriyada pasiyentlərin kompleks müalicəsi üçün zəruri tibbi və sosial reabilitasiya xidmətləri təşkil olunub, müasir tibbi yanaşmalar və profilaktik proqramlar tətbiq edilir.
Sonra müəssisənin müalicə və diaqnostika bölmələri, laboratoriya və reabilitasiya sahələri ilə tanışlıq olub. Bildirilib ki, sanatoriyada müasir tibbi avadanlıqlardan istifadə olunur, pasiyentlərin sağlamlığının bərpası və sosial adaptasiyası üçün kompleks tədbirlər həyata keçirilir.

ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus sanatoriyada yaradılmış şəraiti və uşaqların müalicəsi və reabilitasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, qlobal səviyyədə vərəmlə mübarizənin mühüm prioritetlərdən biri olduğunu qeyd edərək, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qonaqlar müəssisədə müalicə alan uşaqlarla görüşüb, onların müalicə və reabilitasiya şəraiti ilə yaxından tanış olublar.
Sonda ÜST-nin Baş direktoru sanatoriyanın kollektivi ilə səmimi görüş keçirib, onların fəaliyyəti ilə yaxından tanış olub və görülən işləri yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Son yenilənmə tarixi : 2026-03-13 18:59
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.