Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Səhiyyə sektorunda insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində səhiyyə naziri Teymur Musayev V “Yüksəliş müsabiqəsi”nin qalibi Ramil Hüseynzadə ilə görüş keçirib.

Görüş zamanı səhiyyə sistemində həyata keçirilən yeniliklər, idarəçilikdə müasir yanaşmalar, rəqəmsal transformasiya və kadrların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir gənc mütəxəssisin irəli sürdüyü ideya və təşəbbüsləri diqqətlə dinləyərək, bu kimi layihələrin iştirakçılarının peşəkar yüksəlişinə verilən dəstəyin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi istedadlı və perspektivli gənclərin üzə çıxarılmasında, həmçinin onların dövlət idarəçiliyində aktiv rol almasına şərait yaradılmasında mühüm rol oynayır. O, səhiyyə sahəsində aparılan yeniliklərin uğurla tətbiqində təşəbbüskar və peşəkar kadrların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş çərçivəsində idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi və innovativ həllərin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb. Sonda nazir qalibə gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.

Son yenilənmə tarixi : 2026-04-08 17:06
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.