Elektron xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında sığortaolunan şəxslərə ödənilən müavinətin hesablanması üçün əsas sənəddir. Ənənəvi kağız sənədlərin rəqəmsal alternatividir və Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən tərtib olunur.
Elektron vərəqə kağız versiyaya nisbətən:
- Avtomatik imzalanır və rəqəmsal ötürülür
- Sənəd dövriyyəsini azaldır
- Əməliyyat proseslərini sürətləndirir
- Hüquqi baxımdan eyni qüvvəyə malikdir, lakin daha şəffaf və təhlükəsizdir
E-bülleten səlahiyyətli həkim tərəfindən “Sima” hüquqi imza ilə rəsmiləşdirilir. Bu imza ilə təsdiqlənmiş sənəd rəsmi sənəd statusuna malik olur və DSMF tərəfindən qəbul edilir.
Vətəndaşlar “Elektron Səhiyyə” mobil tətbiqi vasitəsilə vərəqələrini görə bilər. Həmçinin, istədikləri halda müvafiq tibb müəssisəsindən kağız nüsxəni də əldə edə bilərlər.
Bu halda ilkin məlumatlar “Müraciət barədə arayış” modulu ilə sənədləşdirilir. Daha sonra həmin arayış əsasında e-bülleten tarixə uyğun rəsmiləşdirilir.
Həkimlər “Sima” hüquqi imzasına və VSİS sisteminə giriş icazəsinə sahib olmalıdırlar. Əks halda, tərtib olunmuş kağız vərəqələr etibarsız hesab olunur və DSMF tərəfindən qəbul edilmir.
İşəgötürənlər ƏMAS sistemi, tibb müəssisələri isə VSİS platforması vasitəsilə elektron vərəqəyə çıxış əldə edir. Vərəqə e-imza ilə təsdiqləndikdən sonra avtomatik olaraq DSMF-yə ötürülür.
Elektron xəstəlik vərəqəsinin (e-bülletenin) tərtibi yalnız səlahiyyətli həkimlər tərəfindən həyata keçirilə bilər. Bu prosesin hüquqi qüvvəyə malik olması üçün həkimin:
“Sima” hüquqi imzası olmalı
Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən sistemə daxil olmaq səlahiyyəti olmalıdır.
Tibb bacıları bu prosesdə yalnız texniki və dəstək məqsədli funksiyalar yerinə yetirə bilərlər, lakin vərəqəni rəsmiləşdirmək səlahiyyətinə malik deyillər.