Aprelin 26-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Tərəfdaşları ilə birgə “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa təşkil edib.

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə sıx əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb: “Azərbaycanın müstəqilliyinin ilk illərində rastlaşdığı əsas çətinliklərdən biri də səhiyyə sahəsindəki problemlər idi. Xüsusilə vərəm, malyariya, difteriya, ana və uşaq sağlamlığının qorunmasındakı çatışmazlıqlar, təchizat məsələləri və digərləri. O illər başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm islahatlar başladı, bir neçə ilə əməli nəticələr əldə olundu. Milli səhiyyə üçün çətin dövrlərdə bizə dəstək göstərən nüfuzlu təşkilatlardan biri Ümumdünya Səhiyyə Təşkilatı olub. O zamandan bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizədə və milli səhiyyənin potensialının artırılmasında etibarlı tərəfdaşımızdır”.

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”, - deyə Teymur Musayev fikrini tamamladı.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov qonaqları salamlayaraq, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunda həyata keçirdiyi layihələrdə Azərbaycanın fəal iştirak etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun ÜST ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində çoxsaylı birgə layihələrin icra olunduğunu, həkimlərin təlimlərə cəlb edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, əhalinin maarifləndirilməsi, ÜST-nin protokollarının ölkədə tətbiqi istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. S.Məmmədov ilkin səhiyyə xidmətinin gücləndirilməsi, ailə həkimi institutunun təkmilləşdirilməsi, tibbi təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondu ilə ÜST arasında sıx əməkdaşlığın qurulduğunu bildirib. Azərbaycanın ÜST-nin təşəbbüsü ilə reallaşdırılan “Sağlam şəhərlər” proqramına qoşulduğunu, tezliklə bu layihənin Bakı şəhəri, Şamaxı və Ağdam rayonlarında tətbiqinə başlanılacağını vurğulayıb. O, Heydər Əliyev Fondu adından Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə və ölkəmizə dəstəyinə görə təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancıya təşəkkürünü çatdırıb.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge “Gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövsusunda çıxış edib. O, Avropa “İmmunlaşdırma Həftəsi”nin qeyd olunduğu bir vaxtda COVID-19 pandemiyasından çıxarılan dərslər əsasında keyfiyyətli səhiyyə islahatlarına əlçatanlığın artırılması və zəruri peyvəndlərin əhəmiyyətinin vurğuladı: “Pandemiya keyfiyyətli səhiyyə xidmətlərinin hər kəsə əlçatanlığının təmin edilməsinin vacibliyini bir daha təsdiq etdi. Bu istiqamətdə də Prezident Əliyevin dəstəyi ilə aparılan səhiyyənin maliyyələşdirilməsi islahatları nəticəsində Azərbaycanın atdığı konkret addımları görməkdən çox məmnunam”.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-nin Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır.

Sonra Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda 28 illik fəaliyyətini əks etdirən fotosərgi təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.