Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir. Səhiyyə Nazirliyi tərəfindən nazirliyin Cəlilabad Tibb Kolleci ilə birgə təşkil olunmuş “İlk tibbi yardım – ikinci həyata addım” adlı maarifləndirici aksiya və fleşmob rayon sakinlərinin böyük marağına səbəb olub.

Tədbirin əsas məqsədi əhalini fövqəladə hallarda düzgün və vaxtında reaksiya verməyə hazırlamaq, ilk yardım bacarıqlarını mümkün qədər çox insana aşılamaqdır. Aksiya zamanı elektrik vurması, epilepsiya tutması, güclü qanaxma, yanıqlar, zəhərlənmə və digər təxirəsalınmaz vəziyyətlərdə ilkin tibbi yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.

Kollecin tələbələri ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını canlı şəkildə göstərib, iştirakçıların arterial təzyiq və nəbz ölçmələrini aparıblar. Aksiyanın sonunda bütün iştirakçılara ilk yardım qaydalarını əks etdirən məlumatlandırıcı bukletlər paylanılıb.

Fleşmobda tibb kollecinin tələbələri və könüllülər müxtəlif fövqəladə situasiyalarda hər kəsin edə biləcəyi sadə, amma həyati vacib addımları ritmik və vizual formada nümayiş etdiriblər. Bu format sayəsində məlumat daha asan yadda qalır və geniş kütləyə çatır.

Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.

Son yenilənmə tarixi : 2026-05-15 17:24
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.