Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun dekabrın 15-də, saat 15:00-da video-konfrans formatında növbəti iclası keçiriləcək.
Təbirin təşkilinin məqsədi “Səhiyyə sistemi” işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planına dair təkliflərin müzakirəsi, həmçinin, əsas icraçı qurumların hesabatlarının dinlənilməsidir.
Eyni zamanda, səhiyyə sahəsində ölüm səbəbləri, ölüm səbəbləri üzrə statistik göstəricilərin təhlili, tibb müəssisələrinin tibbi avadanlıqlarla təminatı, tibbi-reabilitasiya tədbirlərinin peşə xəstəlikləri, yaş və digər meyarlar əsasında statistik məlumatların təqdimatı nəzərdə tutulub.