Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
“Kardiologiya” (3218.01) ixtisası üzrə - 1 yer əyani büdcə hesabına
“Kardiologiya” (3218.01) ixtisası üzrə- 1 yer qiyabi büdcə hesabına
“Kardiologiya” (3218.01) ixtisası üzrə- 1 yer əyani ödənişli əsaslarla
“Kardiologiya” (3218.01) ixtisası üzrə- 2 yer qiyabi ödənişli əsaslarla
Sənəd qəbulu portal.edu.az vasitəsilə 19 may 2026-cı il tarixindən 9 iyun 2026-cı il tarixi saat 16:00-dək həyata keçiriləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər, paralel olaraq ETKİ-nin elmi hissəsinə də təqdim edilməlidir:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
-şəxsiyyəti təsdiq edən sənədin surəti;
-elmi rəhbərin razılıq ərizəsi;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Əlavə məlumat üçün ETKİ-nin elmi hissəsi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrəsi: 055-706-30-80
Mail ünvanı: tmagayeva@gmail.com
Ünvan: Bakı şəh., Nərimanov ray., Fətəli Xan Xoyski, 101