Sertifikasiya şəhadətnaməsinin çapı
Bu xidmət vasitəsilə Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına egov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. ( Şəkil 1)
Yüklənmiş Tibb işçilərinin sertifikasiya məsələləri üzrə elektron xidmətlər seçimi səhifəsində müvafiq menyunu (Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu) seçib davam edirik. (Şəkil 2)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin, “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi “Yeni ərizə” bölməsi vasitəsilə sertifikasiyadan keçmək üçün müraciət və sənədini göndərə bilər.( Şəkil 3)
Növbəti mərhələdə istifadəçinin fiziki şəxsin ərizəsi səhifəsində aşağıdakı məlumatlar daxil olunmalıdır:
Şəxsi məlumatlar:
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələr
(Şəkil 4)
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Növbəti mərhələdə isatifadəçi aşağıda qeyd edilən sənədləri “Yüklə” düyməsindən istifadə etməklə yükləməlidir:
- İxtisasartırma kurslarını keçməsi barədə sənəd (sürəti)
- Sağlamlıq haqqında arayış (forma AZ086)
(Şəkil 5)
Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur. Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.