Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydası”nın 1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə dərman vasitələrinin ekspertizası Qurum tərəfindən ödənişsiz qaydada həyata keçirilir. Yəni vətəndaşlar dərman vasitəsinin keyfiyyəti və ya mənşəyi barəsində hər hansı şübhə yarandıqda nəzarətedici qurum olan Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Vətəndaş Mərkəzin “Bir pəncərə” xidmətinə dərman vasitəsini və qəbzi təqdim edərək dərman vasitəsinin ekspertizasının həyata keçirilməsini tələb edə bilər. Dərman vasitəsinin araşdırılması zamanı əvvəlcə dərman vasitəsinin dövlət qeydiyyatının olub-olmadığı müəyyən edilir. Daha sonra dərmn vasitəsinin laborator müayinəsi həyata keçirilir. Araşdırma yekunlaşdıqdan sonra “Vətəndaş müraciətləri haqqında” ARQ-nin tələbinə əsasən vətəndaşa yazılı formada məlumat verilir. Əgər dərman vasitəsinin dövlət qeydiyyatı mövcud deyilsə, vətəndaş bu barədə məlumatlandırılır.

Aptek təşkilatlarına münasibətdə dərman vasitələri ilə təminat əczaçılıq şirkətləri tərəfindən həyata keçirilir. Belə ki, dərman vasitələrinin apteklərdə satışı həmin şirkətlər tərəfindən təmin edilir. Dərman vasitələri dövlət qeydiyyatına alındıqdan sonra idxalı və satışı sərbəstdir.

Respublikada əczaçılıq fəaliyyəti müvafiq normativ hüquqi aktların tələblərinə əsasən tənzimlənir. Əczaçılıq fəaliyyətinə lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxs qanunvericiliklə tələb olunan müvafiq sənədləri toplayaraq “ASAN xidmət” mərkəzləri vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.

Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” daxil olan müraciətlər əsasında tələb olunan ünvanlarda yeni apteklərin açılması ilə bağlı çoxsaylı aptek şəbəkəsinə malik iri əczaçılıq şirkətlərinə Mərkəz tərəfindən tövsiyə xarakterli məktub ünvanlanır.

“Dərman vasitələri haqqında” ARQ-nin 16-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri reklam oluna bilər. Resept olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:

  • yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;
  • reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;
  • reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək;
  • sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;
  • həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq;
  • reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, onun təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;
  • reklam olunan dərman vasitəsinin bioloji aktiv qida məhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək.

Yuxarıda qeyd olunan tələblər  tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlanan reklama şamil edilmir. Resept olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. İXM-in 428-ci maddəsinə əsasən Resept əsasında buraxılan dərman vasitələrinin vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Son yenilənmə tarixi : 2025-09-09 09:54
Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.