Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi“ İşçi qrupunun növbəti iclası sentyabrın 18-də, saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulub.
Növbəti iclasın təşkilinin məqsədi “Səhiyyə sistemi” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı əsasında üzv qurumların 6 aylıq hesabatlarının dinlənilməsidir.
Eyni zamanda, görüşdə “Səhiyyə sistemi ” işçi qrupunun daha da genişlənmiş fəaliyyətinin göstəricisi olaraq Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində icra olunmuş fəaliyyətlər, o cümlədən əlillik siyasəti sahəsində görülmüş işlər və hemodializ xidmətinə dair məlumatların təqdim olunması nəzərdə tutulub.