Глобальный фонд по борьбе со СПИДом, туберкулезом и малярией ищет тренеров для организации обучения в рамках программ, реализуемых в Азербайджанской Республике.

QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Azərbaycan Respublikasında həyata keçirdiyi proqramları çərçivəsində Səhiyyə Nazirliyi HIV/AİDS, Vərəm və Malyariya ilə mübarizə proqramın Layihə Əlaqələndirmə Bürosu “Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” layihəsi çərçivəsində Zərərin Azaldılması layihələrinin icraçıları üçün bilik-bacarıqların artırılması üzrə təlimin təşkili üzrə təlimçilər axtarır

Agentlik haqqında qısa məlumat:

Qlobal Fond QİÇS, Vərəm və Malyariya kimi epidemiyaları sonlandırma prosesini sürətləndirmək üçün nəzərdə tutulan tərəfdaşlıqdır. Beynəlxalq təşkilat olaraq Qlobal Fond 100-dən çox ölkədə yerli ekspertlər tərəfindən həyata keçirilən proqramları dəstəkləmək üçün hər il vəsait toplayır və sərmayə yatırır. Hökumətlər, vətəndaş cəmiyyəti, texniki agentliklər, özəl sektor və xəstəliklərdən təsirlənən insanlarla əməkdaşlıq edərək, biz qarşıya çıxan maneələrlə mübarizə aparır və innovasiyalardan faydalanırıq.

Yerinə yetirilən iş və xidmətlər

“Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” layihəsi çərçivəsində Zərərin Azaldılması layihələrinin icraçıları üçün bilik-bacarıqların artırılaması ilə bağlı təlimin təşkili üzrə təlimçilər üçün texniki tapşırıq

Təşkilat haqqında qısa xülasə

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun “Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” Qrantının Əsas Resipiyentidir. Proqram İİV-ə yoluxmada yüksək səviyyədə məruz qalan riskli əhali qrupları (İNİ-lər, seks işçiləri, KCK-lar, TG insanlar) arasında zərərin azaldılması layihələrini həyata keçirən yerli QHT-lərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Proqramın əsas məqsədi Azərbaycanda İİV epidemiyasının yayılmasının azaldılmasıdır.

Təlim kursunun ümumi məqsədi

Layihə çərçivəsində layihənin mərkəzi səviyyədə idarəedilməsi də daxil olmaqla xidmətlərin göstərilməsi səviyyəsində fəaliyyət göstərən layihə heyətinin (layihə menecerləri, mühasiblər, autriçlər, sosial işçilər və.s.) bilik-bacarıqlarının gücləndirilməsidir.

Aşağıdakı mövzular üzrə təlimçilərin cəlb edilməsi nəzərdə tutulur

Mövzu 1. Zərərlərin Azaldılması (ZA) fəaliyyətlərinin İİV proqramlarının tələblərinə uyğun icrası üzrə Təlimçi

  • Tapşırığın əsas mahiyyəti

Seçilmiş təlimçidən zərərin azaldılması layihələri çərçivəsində göstərilən xidmətlərin İİV proqramlarının tələblərinə uyğun aparılması və sənədləşdirilməsini, layhihə rəhbərləri, koordinatorları və autriçlərin/sosial işçilərin iş fəaliyyətlərinin proqramın tələblərinə uyğun təşkil edilməsini və qarşıya qoyulan hədəflərə (əsas proqram indikatorları-xidmət paketi, İİV və digər infeksiyalara müayinə) çatılmasını təmin etmək üçün bütün layihə əməkdaşlarının (koordinatorlar və layihə menecerləri, autriç işçilər, sosial işçilər və tibb bacısı/Könüllülər və s.) bilik və bacarıqlarının artırılması üçün təlim keçirməsi tələb olunacaq.

  • Təlimin əsas məqsədləri

Təlim layihə fəaliyyətlərini proqramın tələblərinə uyğun aparılması məqsədilə ZA layihələrinin icrasına cəlb edilən bütün layihə əməkdaşlarının bilik-bacarıqlarının gücləndirilməsi, layihə hədəflərinə çatmaq üçün layihə koordinatorlarının və autriçlərin tay-taya yanaşma prinsiplərini tətbiq etməklə fərdi yanaşamadan istifadə etmək bacarıqlarının təşviqi məqsədini daşıyır.

Təlimin əsas məqsədi, proqram əməkdaşlarının proqram fəaliyyətlərini, xüsusilə əsas xidmətlər paketinin həm kəmiyyət, həm də keyfiyyət baxımdan proqramın tələblərinə uyğun aparılması, layihə fəaliyyətlərinin ZA üzrə metodik vəsaitin tələblərinə uyğun sənədləşdirilməsi, benefisiarların proqrama davamlı cəlb edilməsini, İİV-ə və digər infeksiyalara müayinələrin gücləndirilməsi, xidmərlərə göndərişlərin nəticələrinin izlənilməsi və qeydiyyatının düzgün aparılması, hesabat verilməsi bacarıqlarının gücləndirilməsidir.

  • Təlimin hədəf auditoriyası

Təlim kursuna layihə rəhbərindən tutmuş xidmətin çatdırılma məntəqələrinə qədər bütün səviyyələrdə xidmət göstərən layihə əməkdaşlarının cəlb edilməsi nəzərdə tutulur. Təlimin auditoriyasına koordinatorlar və layihə menecerləri, autriç, sosial işçi və mütəxəsislər, anbar işçiləri (tibb işçilərinin) daxildir.

  • Təlimin gözlənilən nəticələri

Təlimin sonunda təlim iştirakçıları aşağıdakları bacarmalı və bilməlidirlər;

  • Autriç işinin düzgün təşkili, autriç işçinin öhdəlikləri
  • Layihə fəaliyyətlərinin düzgün sənədləşdirilməsi
  • Xidmətlər paketinin keyfiyyətli təminatı və xidmətlərin davamlılığı prinsiplərinin düzgün anlayışı, əlavə xidmətlərin və göndərişlərin təşkili
  • İİV və digər infeksiyalara qarşı müayinələrin təşkili
  • Proqram hədəflərinə çatmaq üçün fərdi yanaşma

Mövzu 2. Zərərlərin Azaldılması (ZA) Malların/Məhsulların Saxlanmasının İdarə Edilməsi üzrə Təlimçi

  • Tapşırığın əsas mahiyyəti

Seçilmiş təlimçidən Azərbaycanda zərərin azaldılması layihələri çərçivəsində malların/məhsulların saxlandığı mərkəzi anbar və eyni zamanda, xidmətlərin çatdırılma məntəqələrinin bütün səviyyələrində logistika funksiyaları olan logistika anbar menecerləri, koordinatorlar və layihə menecerləri, autriç işçilər, sosial işçilər və tibb bacısı/könüllülər və s. üçün təlim keçirməsi tələb olunacaq.

  • Təlimin əsas məqsədləri

Zərərin Azaldılması (ZA) Malların/Məhsulların Saxlanmasının İdarə Edilməsi üzrə Təlim İİV/QİÇS mallarının/məhsulların, o cümlədən dərmanlar, testlər, prezervativlər (qoruyucular), iynələr və şprislər, lubrikantlar, İMK materiallarının və.s. səmərəli və effektiv logistik idarə edilməsi məqsədilə əməliyyat prosedurlarını öyrənmək üçün nəzərdə tutulur.

Təlimin əsas məqsədi QHT-lər tərəfindən icra edilən zərərin azaldılması layihələri çərçivəsində təmin olunan malların, ləvazimatların, tibbi (dərmanlar, testlər, reagentlər və.s.) və qeyri-tibbi məhsulların hər zaman düzgün idarə olunmasını təmin etmək üçün son istifadəçiləri ətraflı məlumat, qaydalar, bilik və bacarıqlarla təmin etməkdir. Bununla yanaşı, nəzərdə tutulan bu təlim, rahat-istifadəçi yanaşmasını əsas tutaraq, ZA məhsullarının saxlanılması, məhsulların sifarişi, qəbulu və saxlanması və s. kimi daha çox əməliyyat fəaliyyətlərini izah etməlidir.

  • Təlimin hədəf auditoriyası

Təlim kursuna malların anbara mədaxildən başlayaraq xidmətin çatdırılma məntəqələrinə qədər bütün səviyyələrdə logistika funksiyaları olan işçilərin cəlb edilməsi nəzərdə tutulur. Təlimin auditoriyasına mərkəzi səviyyədə logistika anbar menecerləri, koordinatorlar və layihə menecerləri daxildir. Xidmətlərin göstərilməsi səviyyəsində isə: autriç işçilər və tibb bacısı/Könüllü məsləhətçilər daxildir;

  • Mərkəzi səviyyədə logistika öhdəliyi olan bütün işçi heyəti və proqram idarəetmə heyəti
  • Məhsulların mövcudluğunun təmin edilməsi ilə bağlı bir və ya bir neçə funksiyanı yerinə yetirən ƏR, SR və SSR-də fəaliyyət göstərən logistika işçiləri
  • Bütün xidmət məntəqələrində koordinatorlar, autriç işçilər

  • Təlimin gözlənilən nəticələri

Təlimin sonunda təlim iştirakçıları aşağıdakları bacarmalı və bilməlidirlər:

  • Keyfiyyətli məhsulların lazımi miqdarda, zamanda, lazımi insan üçün düzgün təmin edilməsi
  • ƏR, SR, SSR-lərin Anbarlarından və digər mənbələrdən malların sifarişi
  • Malların tələblərə uyğun təchizatı, malların/məhsulların qəbulu, saxlanması və paylanması kimi əməliyyat fəaliyyətlərinin icrası
  • Kifayət qədər məhsul təchizatının saxlanması və bütün səviyyələrdə optimal ehtiyatların saxlanması
  • İİV/QİÇS məhsulların istifadəsinin qeydə alınması və hesabatın verilməsi
  • Xidmətlərin çatdırılması məntəqələrində logistika fəaliyyətlərinin monitorinqi

Mövzu 3. Zərərlərin Azaldılması Proqramı üzrə Maliyyə İdarəedilməsi üzrə Təlimçi

  • Tapşırığın əsas mahiyyəti

Seçilmiş Təlimçidən Azərbaycanda Zərərin Azaldılması (ZA) Layihəsində fəaliyyət göstərən maliyyə mütəxəssislərinin xidmətlərinin yüksək səviyyədə maliyyə idarəedilməsi üçün Qlobal Fondun qrant qaydalarına uyğun təlim keçirməsi tələb olunacaq.

  • Təlimin əsas məqsədləri

Zərərin Azaldılması (ZA) Layihəsi çərçivəsində Maliyyə İdarəedilməsi üzrə Təlim Maliyyə sisteminin və buna əsasən maliyyə hesabatlarının effektiv idarəedilməsi məqsədilə əməliyyat prosedurlarını öyrənmək üçün nəzərdə tutulur.

Təlimin əsas məqsədi QHT-lər tərəfindən icra edilən Zərərin Azaldılması layihələri çərçivəsində maliyyə mütəxəssislərinin (mühasiblərin) 1C mühasibatlıq Proqramı ilə təmin edildikdən sonra Proqramın idarəedilməsi üzrə lazım olan təlimin keçirilməsi, aparılmış xərclər üzrə dəstək/yardımçı sənədlərin düzğün və dolğün qaydada təmin olunması, sənədlərin tərtibinin (müqavilələr,texniki tapşırıqlar, aktlar, hesablar,e-qaimələr və s.), sənədlərin və fayların elektron daşıyıcıda və kağız formatda arxivləşdirilməsi, maliyyə hesabatlarının düzgün və hesabat müddətinə uyğun olaraq verilməsini təmin etmək və həmçinin mal-material və əsas vəsaitlərin dövrüyyəsini 1C proqramında aparılması, hesabatların verilməsini üçün ətraflı məlumat, qaydalar, bilik və bacarıqlarla təmin etməkdir.

  • Təlimin hədəf auditoriyası

Təlim kursuna Maliyyə idarəedilməsi səviyyəsində olan işçilərin (rəhbər, koordinator və mühasiblər) cəlb edilməsi nəzərdə tutulur. Həmçinin Mərkəzi səviyyədə logistika öhdəliyi olan işçi heyətinln bu təlimə cəlb edilməsi nəzərdə tutulur.

  • Təlimin gözlənilən nəticələri

Təlimin sonunda təlim iştirakçıları aşağıdakları bacarmalı və bilməlidirlər:

  • Layihə çərçivəsində Maliyyə İdarəedilməsi üzrə mütəxəssislərin 1C mühasibatlıq sistemi ilə işləmə səriştəsi
  • Dəstəkləyici/yardımçı sənədlərin düzğün tərtib olunması qaydası

Təlimrə verilən ümumi tələblər

  • Gözlənilən təlim formatı: Məlumat sessiyaları, təqdimatlar, qruplarda müzakirələr və rol oyunları
  • Gözlənilən təlim materialları: Təqdimatlar, təlim materialları, əvvəlcədən və sonrakı testlər/qiymətləndirmə anketləri, təlim hesabatı
  • Tapşırıqın müddəti və yeri: 20 gün (hər qrupda 15-20 nəfər olmaqla 10 qrupu üçün iki günlük təlim). Təlimin 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar-mart ayları arasında Bakı şəhəri və regionlarda (Lənkəran, Gəncə, Quba-Xaçmaz, Şəki) keçirilməsi gözlənilir.

Qeyd: Təlimin gündəliyi SN Layihə Əlaqələndirmə Bürosunun (LƏB) proqram əməkdaşları ilə əvvəlcədən razılaşdırılmalıdır.

  • Təlimin keçirilməsi üçün təlimçiyə verilən xüsusi tələblər:

  1. Ali Təhsil

- Tibb, İctimai Səhiyyə, Sosial Elmlər, İdarəetmə, Logistika və ya daha yaxın əlaqəli sahələr üzrə təhsil, yüksək dərəcə (magistr və ya fəlsəfə doktoru).

- İİV və QİÇS sahəsində, Monitorinq və Qiymətləndirmə Tədqiqatları üzrə tanınmış beynəlxalq agentliklər tərəfindən verilmiş Sertifikatlar/Diplomları olanlara üstünlük verilir.

  1. Təcrübə

  • Həssas qruplar arasında zərərin azaldılması və İİV-in qarşısının alınması üzrə fəaliyyətlər üzrə beynəlxalq səviyyədə minimum 5 illik peşəkar təcrübə; QHT-lər, vətəndaş cəmiyyəti sektoru və Qlobal Fondun layihələri ilə iş təcrübəsi üstünlük verilir
  • Təimlər və təqdimatlar üzrə təcrübə; autriç işçilər üçün təlimlərin keçirilməsi
  • Azərbaycan dilini səlist bilmək
  • Ünsiyyət qurmaq bacarıqları
  • Uyğun təlim materiallarının hazırlanması
  • Təlim hesabatını hazırlaması bacarığı

Bu elanla maraqlanan iddiaçılar öz təkliflərini aşağıdakı formatda tender@gfatm.az elektron ünvanına təqdim etməlidirlər:

1. Maraq məktubu

2. Ətraflı texniki təklif

3. Qiymət təklifi

4. Referens şəxslər

Son tarix: 03 noyabr 2023

TENDER KOMİTƏSİ

Əlaqə telefonu: +99412 4982032

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.