Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
“Mamalıq və ginekologiya” (3215.01) - 2 yer əyani büdcə hesabına;
“Mamalıq və ginekologiya” (3215.01) - 2 yer qiyabi büdcə hesabına;
Sənəd qəbulu portal.edu.az vasitəsilə 19 may 2026-cı il tarixindən 9 iyun 2026-cı il tarixi saat 16:00-dək həyata keçiriləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər, paralel olaraq ETMGİ - nin elmi hissəsinə də təqdim edilməlidir:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- elmi rəhbərin razılıq ərizəsi;
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti olduğu halda (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications)
Əlavə məlumat üçün ETMGİ-nin elmi hissəsi ilə əlaqə saxlamaq olar.
Əlaqə nömrəsi: 012 – 510-99-64
Mail ünvanı: etmgielm@mail.ru
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 118.