Teymur Yusif oğlu Musayev

Nazir

Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.

Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdində 1 saylı orta məktəbdə başlayıb, 1981-1987-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbdə davam etdirib. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub və 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü olub. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.

2013-2015-ci illərdə “Riga International School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alaraq 2015-ci ilin may ayında “Master of Health Management (Business Executive)” magistr dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə Səhiyyə Nazirliyinin təyinatı ilə Bakı şəhəri 16 saylı poliklinikada həkim-uroloq kimi başlayıb. 1994-1997-ci illərdə sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997-2001-ci illərdə “H.T.P.-hi tec Pharm Israel” klinikasının Bakı filialının tibbi direktoru və həkim-uroloq kimi işləyib. 2001-2003-cü illərdə “Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb. 2003-2006-cı illərdə “Baku City Hospital” özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə “N.Tusi adına Klinika”da ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015-2016-cı illərdə “Baku Dobromed Hospital“ özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. Daha sonra “Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından 2021-ci ilin aprel ayınadək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Evlidir, iki övladı var.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.