Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət edib

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" keçirilir.
Səfər çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə yaradılmış Heydər Əliyev Meydanını və burada ucaldılmış böyük memorial kompleksini ziyarət ediblər. Nümayəndə heyəti Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyub, xalqımızın Ümummilli Liderinin əziz xatirəsi ehtiramla yad edilib. Meydan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 21 iyunda Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində açılıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.

Sonra nümayəndə heyəti Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyində olub.

Səhiyyə dekadası çərçivəsində Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşü də keçirilib.
Səmimi mühitdə keçən görüşdə qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri dövlətlərarası dostluğun bariz nümunəsidir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan Səhiyyə Dekadası çərçivəsində oktyabrın 11-də Özbəkistan-Azərbaycan səhiyyə forumu keçiriləcək. Forum ikitərəfli əməkdaşlığın dərinləşməsi ilə yanaşı, səhiyyə sahəsində təcrübə mübadilələrinin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığın stimullaşdırılması, bu sahəyə əlavə investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradacaq. Dekada çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin özbəkistanlı həmkarları ilə birgə keçirdikləri cərrahi əməliyyatlar, müayinə və müalicə prosedurları yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu tədbir qarşılıqlı əməkdaşlığı yeni müstəviyə keçirməklə, hər iki ölkənin həkimlərinin praktiki biliklərin artırılması və əhalinin sağlamlığının qorunmasında yeni imkanlar yaradacaq.
Görüş zamanı digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi də aparılıb.
Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti səhiyyə dekadası çərçivəsində Akademik V.Vahidov adına Respublika İxtisaslaşdırılmış Elmi-Praktiki Cərrahiyyə Mərkəzində olub. Burada Teymur Musayev səhiyyə dekadası çərçivəsində birgə əməliyyat olunan vətəndaşlar və Azərbaycandan gələn həkimlərlə görüş keçirib.

Görüşdə qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən səhiyyə dekadası çərçivəsində Özbəkistanın müxtəlif regionlarında yaşayan əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə 100-dən çox birgə cərrahiyyə əməliyyatları icra edilib və müayinələr aparılıb.

Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edib.
Eyni zamanda, Respublika İxtisaslaşmış Göz Mikrocərrahiyyə Mərkəzi, Milli Uşaq Tibb Mərkəzi, Elmi-Praktik Travmatologiya və Ortopediya Mərkəzi və M-klinika ilə tanışlıq baş tutub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.