Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində xüsusi rolunu vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar və mədəniyyət sahələrində təşəbbüslərinin əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri qeyd edib.

Teymur Musayev iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, İtaliya tərəfi ilə praktiki əməkdaşlığa hazır olduqlarını bildirib.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd edib.

Öz növbəsində Luka Di Canfrançesko ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələrin qurulduğunu və bu müddət ərzində İtaliya və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Səfirin sözlərinə görə, ötən illər ərzində Azərbaycan-İtaliya münasibətləri böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub.

Görüşdə Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, əczaçılıq, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son yenilənmə tarixi : 2025-12-01 12:45
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.