Səhiyyə nazirliyində bir sıra aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində beynəlxalq müstəvidə aparıcı şirkətlərdən olan Avstriyanın tibb avadanlıqları istehsalçısı “Meteka”nın rəhbəri Roland Katşniq və “Qatar Pharma”nın idarə heyətinin sədri Əhməd Məhəmməd əl-Hayyi əs-Suleyti ilə görüş keçirilib.
Görüşdə səhiyyə və əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və beynəlxalq aparıcı şirkətlərin ölkəmizlə fəaliyyət istiqamətləri müzakirə olunub.
Azərbaycanda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu, bu istiqamətdə müasir tendensiyaların və innovasiya təşəbbüslərinin davamlı tətbiqi ilə bağlı məlumat verilib. Qeyd edilib ki, hazırda Azərbaycanda digər istiqamətlərlə yanaşı, səhiyyədə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və iqtisadi baxımdan sektorun inkişaf səmərəliliyinin artırılması istiqamətində ardıcıl layihələr icra olunur. Nazir Teymur Musayev qeyd edib ki, səhiyyədə innovativ nailiyyətlərin tətbiqi, yüksək texnologiyalı əczaçılıq sənayesinin qurulması və inkişafi, tibb xidməti göstərən müəssisələrin müasir standartlar əsasında yenilənməsində aparıcı şirkətlərlə qarşılıqlı əməkdaşlıq mühüm rol oynayır.

Görüşdə, Meteka şirkətinin dünyada ilk dəfə olaraq tibbi tullantıların dezinfeksiyası üçün cihazlar hazırladığı, “Qatar Pharma”-nın isə yüksəkkeyfiyyətli dərman istehsalı üzrə ixtisaslaşdığı bildirilib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi və maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.