Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycanın Səhiyyə Nazirliyində Türkiyənin səfiri ilə görüş keçirilib

Azərbaycanın Səhiyyə Nazirliyində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin, dostluq və qardaşlıq münasibətlərin dərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb: “Azərbaycan ilə Türkiyə arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir”.

Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edən Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb: “Ankarada keçirilən XI Türk Tibb Dünyası Qurultayında Azərbaycanın nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Belə beynəlxalq platformalar təkcə təcrübə mübadiləsi üçün deyil, həm də gələcəkdə ortaq prioritetlərimizi müəyyən etmək baxımından əvəzsizdir”.

Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir”.

Çıxışının sonunda nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Birol Akgün vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Səfir, xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu diqqətə çatdırıb.

XI Türk Tibb Dünyası Qurultayının mahiyyətini qeyd edən Birol Akgün bildirib ki, belə tədbirlərin keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə sahəsində əməkdaşlıq ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Son yenilənmə tarixi : 2025-12-01 16:18
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.