Azərbaycan və Kuba Səhiyyə Nazirlikləri arasında əməkdaşlıq genişləndirilir

Azərbaycanın Səhiyyə Nazirliyində Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirib.
Azərbaycanın səhiyyə naziri cari ilin mayında Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində kubalı həmkarı Xose Anxel Portal Miranda ilə görüşü xatırladıb: “Görüş çox faydalı oldu. Biz tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr apardıq”.
Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyətinin üzvləri qeyd etdilər ki, səfərin məqsədi Azərbaycanda fəaliyyət göstərən xəstəxanalara ilkin baxış keçirtmək və onların mövcüd maddi texniki bazası ilə tanış olmaqdır.
Görüş zamanı tibbi təhsil, müalicə-sağlamlıq turizmi, perspektivdə biotexnoloji və əczaçılıq istehsallarının Azərbaycanda təşkili, səhiyyə sahəsində ölkələrimiz arasında gələcəkdə Anlaşma Memorandumunun imzalanması və digər istiqamətlərdə birgə fəaliyyətlər barədə müzakirələr aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.