Azərbaycan Respublikasının səhiyyə naziri İstanbulda keçirilən “IX Türk Tibb Dünyası Qurultayı”nda çıxış edib

İstanbul şəhərində Türkiyə Respublikası Prezidentinin himayəçiliyi ilə “Türkiyə Yüzilliyi” çərçivəsində “IX Türk Tibb Dünyası Qurultayı” öz işinə başlayıb.
Qurultayda türk dövlətləri ilə yanaşı, müxtəlif qitələrdən olan rəsmi nümayəndə heyətləri və səhiyyə sahəsində tanınmış elm adamları iştirak edib.
Tədbirin başlıca məqsədi müasir dövrdə səhiyyə sahəsində baş verən yeniliklər, mütərəqqi yanaşmalar, innovativ texnoloji həllərin, xüsusilə də süni intellektin tətbiqi ətrafında fikir və təcrübə mübadiləsinin aparılmasıdır.
Qurultayın açılış mərasimində Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Türkiyə Prezidenti Qurultay iştirakçılarını salamlayaraq, bu ilki tədbirin türk dövlətlərinin səhiyyə sisteminin müasir əsaslarla inkişafında geniş imkanlar yaradacağına əmin olduğunu bildirib və qurultayın işinə uğurlar arzulayıb.

Qurultayda çıxış edən Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri Prof. Dr. Erhan Akdoğan ilk olaraq Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb. O, qeyd edib ki, “Türk Tibb Dünyası Qurultayı” tibb elminin inkişafı, nailiyyətlər, ixtiralar, yeni müalicə üsullarının tətbiqi sahəsində fikir mübadiləsinin aparılması, teoretik və praktiki təcrübələrin bölüşməsi üçün geniş imkanlar yaradır.
Azərbaycan nümayəndə heyətini və tədbir iştirakçılarını salamlayan Türkiyənin səhiyyə naziri Fahrettin Koca isə öz çıxışında, “IX Türk Tibb Dünyası Qurultayı”nın ölkə başçısının himayəsi altında önəmli bir tarixdə, Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində keçirildiyini vurğulayıb. Nazir qurultayın bu ilki mövzusunun “Səhiyyədə Süni İntellekt” olduğunu bildirib. Fahrettin Koca qeyd edib ki, tibdə əldə edilən son nailiyyətlər, yeni texnoloji həllər, rəqəmsallaşma, innovasiyalar sahəsində aparılacaq müzakirə və təcrübə mübadilələri gələcək fəaliyyət prinsiplərinə, eyni zamanda əməkdaşlıq prioritetlərinə önəmli töhfə verəcək. Həmçinin, Türkiyənin səhiyyə naziri “IX Türk Tibb Dünyası Qurultayı”nın səhiyyə sahəsindəki çoxşaxəli istiqamətdə əlaqələrin daha da inkişafı, bilik və təcrübələrin qarşılıqlı olaraq bölüşməsi üçün əvəzsiz fürsət yaradacağını vurğulayıb.

“IX Türk Tibb Dünyası Qurultayı”nda çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bu il Türkiyə Cümhuriyyətinin 100 - cü ildönümü münasibəti ilə nazirlik adından bütün Türk qardaşlarımızı təbrik edib: “Bu il tək millət 2 dövlət anlayışı ilə acımızın, sevincimizin bir olduğu Türkiyə Cümhuriyyətinin 100-cü ildönümüdür. Əminəm ki, Türkiyə – Azərbaycan qardaşlığı neçə yüzilliklərə daha da güclənərək bərabər çatacaqdır. 2023-cü il həm də, Azərbaycan Respublikası üçün əlamətdar ildir. İki qardaş ölkə arasındakı qardaşlıq bağlarının möhkəmlənməsində tarixi və misilsiz xidmətləri olan dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyidir”.

“IX Türk Tibb Dünyası Qurultayı”nın əhəmiyyətindən danışan Teymur Musayev bildirib ki, müxtəlif ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək üçün möhkəm əsaslar yaradıb: “Bu strateji və gələcəyə yönəlmiş addımların nəticəsidir ki, bugünkü tədbirdə müxtəlif qitələrdən olan nümayəndə heyətləri iştirak edir və qurultay biliklərin mübadiləsi üzrə beynəlxalq platformaya çevrilib”.

Bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 illik dövrü ölkəmizdə böyük qürur və sevinc hissi ilə qeyd edildiyi bildirilib. “15 oktyabr 2023-cü il tarixdə üçrəngli bayrağımız cənab Prezidentin siyasi iradəsi sayəsində bütün ölkə ərazisində dalğalanmağa başladı və Respublikamızın suverenliyi tam bərpa olundu. 30 illik işğal dövründən sonra azad olunmuş ərazilərin sürətli şəkildə ölkənin bütün sektorlarına inteqrasiyası başlanıb. Bu prosesdə müasir informasiya texnologiyalarının tətbiqi mühüm rol oynayır”, – deyə nazir vurğulayıb.
Teymur Musayev müasir səhiyyə sistemlərinin dinamik inkişafını təmin edən əsas amilin səhiyyənin rəqəmsallaşması olduğunu, texnoloji inkişaf və tibbi biliklərin kəşfi nəticəsində hazırda qlobal səhiyyə sektorunun transformasiya dövrünü yaşadığını da qeyd edib. “Hazırda səhiyyədə müxtəlif proseslərdə effektivliyi artırmaq üçün süni intellektdən istifadə olunur. Qurultayın süni intellekt sahəsində müxtəlif mövzulara toxunacağına və Türkiyə Respublikasının bu sahədəki təcrübəsinin iştirakçılarda böyük maraq yaradacağına inanıram”, – deyə nazir fikrini tamamlayıb.
Daha sonra, “IX Türk Tibb Dünyası Qurultayı” çərçivəsində Azərbaycan və Türkiyə səhiyyə nazirləri arasında iki tərəfli görüş də keçirilib. Tərəflər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, həmçinin birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, qurultayın bu ilki mövzusu olan səhiyyə sahəsində süni intellektin tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsinin aparılması müasir texnoloji inkişaf və tibbi biliklərin kəşfinə, rəqəmsal həllərin tətbiqinə geniş imkanlar yaradacaq.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevə “Əziz Sancar elm, xidmət və təşviq” mükafatı təqdim olunub.

Oktyabrın 22-ə yekunlaşacaq qurultay panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələr və təqdimatlarla davam edəcək.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.