Amerika Ticarət Palatası nümayəndələrinin Azərbaycanın səhiyyə naziri ilə İyul işgüzar lançı baş tutub

İyulun 5-də Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ənənəvi işgüzar lançı təşkil edib. İyul işgüzar lançın xüsusi qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev olub.
Görüşdə işgüzar dairələrin və üzv şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Səhiyyə Nazirliyinin Palata ilə daimi qarşılıqlı fəaliyyətini və dialoqa hazır olmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda səmərəli dövlət-özəl tərəfdaşlıq, o cümlədən səhiyyə sektorunda əlverişli biznes mühiti yaradılıb. Vurğulanıb ki, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayında artım müşahidə olunur: “İnanırıq ki, Səhiyyə Nazirliyi ilə qarşılıqlı faydalı əməkdaşlığımız Azərbaycanda biznes mühitini daha da yaxşılaşdıracaq”.

Öz növbəsində “AmCham Azərbaycan”ın İcraçı direktoru Gülnarə Aslanbəyli Azərbaycanda xarici və yerli biznesin maraqlarının dəstəklənməsi və təşviqi istiqamətində Palatanın davamlı fəaliyyətini qeyd etdi. G.Aslanbəyli bu istiqamətdə dövlət qurumları ilə aparılan səmərəli dialoqun və uğurlu əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd etdi ki, son illər Azərbaycan ictimai səhiyyəsində müasir prinsiplərə əsaslanaraq innovativ texnoloji nailiyyətlər və mütərəqqi menecment resusları tətbiq edilməklə genişmiqyaslı islahatlar aparılmaqdadır: “Uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. İkincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili səhiyyənin rəqəmsallaşmasıdır. Və üçüncüsü, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir”.
Onun sözlərinə görə, dövlət xidmətlərində əlçatanlıq prinsiplərinin artırılması, insan amilin gücləndirilməsi, “vətəndaş-məmur” ünsiyyətinin minimuma endirilməsi məqsədilə ölkənin səhiyyə sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə geniş rəqəmsal səhiyyə platformasına keçid reallaşdırılıb.

Nazir milli səhiyyədə müasir düşüncəli və beynəlxalq təcrübəyə malik tibbi kadr potensialının formalaşdırılması, bu sahədə uğurlu mübadilələrinin aparılması, tibb təhsili və elmində inklüziv inkişafa nail olması istiqamətində məqsədyönlü və davamlı layihələrin icra olunduğunu qeyd etdi.
Teymur Musayev, həmçinin ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğuladı. Nazir Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlərin görülməsini diqqətə çatdırıb: “Özəl sektorun səhiyyədə iştirak payının artırılması, xidmətin səmərəliliyinin optimallaşdırılması, informasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi və innovativ layihələrin birgə maliyyələşdirilməsi kimi təşviq edilməlidir”.

İşgüzar lanç çərçivəsində Ticarət Palatasının üzvləri təqdimatla çıxış ediblər.

Görüşün sonunda fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.