Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev: Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlar 17-18 yaşına qədər həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar

- İsmayıl müəllim, ilk öncə bilmək istərdik ki, ağız və üz-çənə cərrahı nə müalicə edir?

- Ağız və üz-çənə cərrahiyyəsi ixtisası ağız boşluğunda və üz-çənə nahiyəsində sərt və yumşaq toxumlarının müxtəlif növ xəstəliklərinin, zədələmələrinin, estetik və funksional pozuntuların diaqnostikası və müalicəsi ilə məşğuldur. Xəstəliklərdən danışarkən biz iltihabi proseslər, şiş xəstəlikləri, zədələmələr (travma nəticəsində əmələ gələn sınılqlar, yaralanmalar, yanıqlar və s.), estetik və funksional pozuntular (anadangəlmə və qazanılmış qüsur və deformasiyalar) nəzərdə tuturuq.

Bunun üçün ağız cərrahı və ya üz-çənə cərrahı dişlərin çıxarılması, irinliklərin aşılması, diş implantasiyası və diş ətində cərrahi əməliyyatlar, onkoloji xəstəliklərin ilkin diaqnostikası üçün patoloji materialın götürülməsi, üz-skeleti sümüklərinin sınıqlarının müalicəsi, gicgah-çənə oynağının cərrahiyyəsi, üz-çənə nahiyəsində olan qüsur və deformasiyaların rekonstruksiya estetik cərrahiyyəsi kimi əməliyyatların aparılmasını bacarmalıdır.

- Ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsi sahəsi üzrə mütəxəssislər hansı müasir üsullardan istifadə edirlər?

- Müasir texnologiyaların tətbiqi ilə qabaqcıl ölkələrdə istifadə olunan hər yeni yanaşmalar demək olar ki, Azərbaycanda da tədbiq olunur. Bunlara aiddir endoskopiya üsulla diaqnostika və cərrahiyyə; distraksion osteogenez; lazer cərrahiyyəsi; mikrocərrahiyyə; rəqəmli texnologiyalara əsaslanan diaqnostikada, planlaşdırma, simulyasiya və müalicə üsulları; naviqasiya ilə aparılan cərrahiyyə, toxuma mühəndisliyi, kötük hüceyrələrin tətbiqi texnologiyası.

- Yenidoğulmuşlarda üz-çənə nahiyəsində rast gəlinən bəzi patologiyaların qarşısını almaq mümkündürmü?

- Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalqda arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdi. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur.

Səbəbi müxtəlifdir: irsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi.

Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlər rast gəlinir. Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır.

Bu patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, orotdontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır.

Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika” ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika” 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır.

Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec isə nitqdə pozulmalara gətirib çıxardır.

- Üz skeleti sümüklərinin inkişafdan qalması üzdə müxtəlif deformasiyalara səbəb olur. Onların üz-çənə cərrahiyyəsi ilə aradan qalxması mümkündürmü?

- Günümüzdə üz skeletinin inkişafdan qalması ilə əmələ gələn deformasiyaları ilə yaşayan bir çox insan mövcuddur. Onlarda qida qəbulu pozulmasına gətirən dişləmin pozulması, üzün əyriliyinə gətirən çənənin həddindən artıq irəlidə və ya arxada olması, digər funksional və estetik pozuntulardı. Bu səbəbdən həmin şəxslərdə müxtəlif psixoloji komplekslər (cəmiyyətdən sosial təcrid, özünə qapanma, əmək fəaliyyətlərinin aşağı düşməsi və s.) yarana bilər. Bu əməliyyatlar üz-çənə cərrahiyyəsində ümumən “ortoqnatik cərrahiyyə” adlanır və cərrahla ortodontun müştərək məsulu olmalıdır. Bu zaman pasient ortodont və cərrah tərəfindən konsultasiya edilir və müalicənin bir hissəsi olaraq cərrahi müalicənin lazımlığının olub olmamasına qərar verilir. Əməliyyat adətən 17 yaşında üz skeleti sümüklərinin inkişafı tamamlanmış olduqda aparılır.

Cərrahi əməliyyatın planlaması olduqca vacib bir məsələdir. Müasir rəqəmli texnologiyaları tədbiq etmədən bu əməliyyatların uğurlu nəticəsini gözləmək olmaz.

Əməliyyat ümumi anesteziya altında icra edilir. Cərrahi əməliyyatın həcmi deformasiyanın ağırlığından asılıdır. Əməliyyat sonrası ağrı isə demək olar ki, olmur.

- Gicgah - çənə oynağı disfunksiyasının səbəbini nədə görürsünüz?

- Gicgah-çənə oynağı çənə hərəkətlərini yerinə yetirən strukturdur. Onun fəaliyyətinin pozulması həyat əhəmiyyətli funksiyaları, qida qəbulunu və nitqi ciddi şəkildə çətinləşdirir, bəzən yorucu dözülməz ağrılara gətirir.

Bu xəstəliyin yaranması ümumi orqanizimdə gedən proseslərlə və yerli təsiredici amillərlə bağlıdır. Ümumi səbəblərdən ilk növbədə revmatizm xəstəliyi, eləcə də osteoporoz, hormonal dəyişikliklər və nevrozu xüsusi qeyd etmək istiyərdim. Yerli səbəblərdən isə dişləmin pozulması ilə müşahidə olunan diş-çənə sisteminin müxtəlif patologiyalarıdır.

- Üz-çənə nahiyəsinin iltihabı proseslərin səbəbini nədə görürsünüz?

- Burada əsasən diş mənşəli iltihabı proseslərlə daha çox rastlaşırıq. İmmunitetin aşağı düşməsi bu xəstəliyi daha da sürətli inkişafına gətirir və ölümlə nəticələnə bilir.

Diş mənşəli iltihab proseslərin artması ağız boşluğunun gigiyenası, stomatoloqa vaxtında müraciət etməmək və bəzi stomatoloji xidmətin lazımı səviyyədə olmamasından irəli gəlir.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.