Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyinin 2 nömrəli Tibb Kolleci məzunları üçün əmək yarmarkası keçirir

İyunun 21-də Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində müəssisənin 2022/2023-cü tədris ilinin məzunları üçün əmək yarmarkası təşkil olunub. “Karyerada ilk addım” devizi ilə keçirilən tədbirə kollecin “Tibb bacısı işi”, “Mamalıq işi”, “Müalicə işi” ixtisasları üzrə 405 məzunu cəlb olunub.
Tədbirin əsas məqsədi gənclərə nəinki tibbi təhsil verilməsi, eyni zamanda onların işlə təmin olunmasıdır. Müxtəlif işəgötürən qurumlar vaxtaşırı kollecə müraciət edib, orta ixtisaslı tibb kadrlarına ehtiyacları olduğunu bildirir və məzunlarla əlaqə saxlamaq istəyirlər. Həmin məzunların işlə təmin olunması məqsədilə kollec onların işəgötürən dövlət orqanları və qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət və özəl tibb və aptek təşkilatlarının nümayəndələri ilə görüşlərini təşkil edib.
Kollec tərəfindən tədbirdən əvvəl məzunlar üçün CV tərtibi və özünü təqdim etmə üzrə təlim keçirilib. Eyni zamanda, tibb müəssisələrinin və aptek təşkilatlarının nümayəndələri məzunlarla görüşərək vakansiyalar barədə məlumat veriblər və məzunların suallarını cavablandırıblar.
Tibb Kollecinin məzunları üçün təşkil olunan əmək yarmarkası iyunun 22-nə kimi davam edəcək.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.