Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sisteminin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Nazir bildirib ki, bu sahədə aparılan islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq ardıcıl şəkildə həyata keçirilir. O, beynəlxalq tərəfdaşlarla, xüsusilə BMT ilə əməkdaşlığın səhiyyə sahəsində davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Vladanka Andreyeva Birləşmiş Millətlər Təşkilatının Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığının, xüsusilə də BMT-nin 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin həyata keçirilməsi vasitəsilə davam etdirilməsinə möhkəm sadiqliyini vurğulayıb. O, Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, BMT-nin gələcəkdə də Səhiyyə Nazirliyi ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş zamanı səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri, eləcə də gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanla BMT strukturları arasında səhiyyə sahəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

Son yenilənmə tarixi : 2025-12-17 17:38
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.