Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında dərman və tibb vasitələrinin nəzarəti sahəsində əməkdaşlıq gücləndirilir

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə işgüzar görüş keçirilib.

Görüşdə səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, hər iki qurumun rəhbər vəzifəli şəxsləri və aidiyyəti struktur bölmələrin rəhbərləri də iştirak ediblər.

Tədbirin məqsədi dərman vasitələri, dərman maddələri və tibb vasitələrinin idxal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin daha səmərəli təşkili məsələlərinin müzakirəsi olub.

Səhiyyə Naziri Teymur Musayev qeyd edib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sağlamlığının qorunması, keyfiyyətli və təhlükəsiz dərman təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı bu sahədə aparılan islahatların uğurla davam etdirilməsinə mühüm töhfə verir. Dərman və tibb vasitələrinin ölkəyə idxalı zamanı əhalinin sağlamlığının qorunmasının vacibliyi nəzərə alınaraq nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda proseslərin sadələşdirilməsi və şəffaflığın artırılması üçün aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi vacibdir.”

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov vurğulayıb ki, gömrük nəzarətinin effektiv təşkili ilə yanaşı, qanuni ticarətin asanlaşdırılması və rəqəmsal həllərin tətbiqi prioritet məsələlərdəndir: “Qurumlarımız arasında məlumat mübadiləsinin genişləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və inteqrasiya olunmuş nəzarət mexanizmlərinin tətbiqi həm təhlükəsizliyin təmin olunmasına, həm də sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edəcək.”

Tərəflər dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi, elektron inteqrasiya imkanlarının genişləndirilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin gömrük eyniləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müvafiq reyestrə giriş imkanının yaradılması, idxalı müvafiq dövlət orqanlarının rəyi əsasında həyata keçirilən spesifik malların siyahısında müvafiq dəyişikliklərin hazırlanmasının zəruriliyi vurğulanıb, daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşı təqdimatla çıxış edib.

Eyni zamanda, bəzi psixotrop maddələrin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq milli qanunvericilikdə əks etdirilməsi, idxal-ixrac əməliyyatları üzrə verilən icazələrin rəqəmsal inteqrasiyası, eləcə də gömrük nəzarəti altında saxlanılan dərman vasitələrinin müvafiq tələblərə uyğun şəraitdə saxlanması məsələləri nəzərdən keçirilib.

Görüşdə tərəflər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Son yenilənmə tarixi : 2026-06-19 14:19
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.