Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışını edib

Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək.

Səhiyyə Nazirliyi fəaliyyətə başlayan yeni klinikaya mediatur təşkil edib. Mediatur zamanı jurnalistlərə məlumat verən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov bildirib: “Klinikanın yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir. Bu klinikanın yaradılması ölkəmizdə yüksək texnologiyalı tibbin inkişafı istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək.”

Nazim Pənahov qeyd edib ki, klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək.

Klinikanın baş həkimi Dilqəm Məmmədov mediatur zamanı jurnalistlərə bildirib: “Klinika yüksək ixtisaslı tibbi xidmətə əlçatanlığı təmin edəcək, əlillik hallarını və funksional itkiləri azaltmağa, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək. Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünəinamının artmasına dəstək verəcək.”

Dilqəm Məmmədov qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq.

Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.

Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.

Klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.

Son yenilənmə tarixi : 2026-04-01 14:31
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.