Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi: 2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş səhiyyənin transformasiyası təşəbbüsü çərçivəsində və rəqəmsal sağlamlıq vasitələrinin tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vahid Səhiyyə İnformasiya sisteminin “Elektron Epikriz” altsistemi hazırlanıb.

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır və göstərilən tibbi xidmətlərin effektiv informasiya dəstəyi və keyfiyyətinin artırılması üçün nəzərdə tutulub. Sistem vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid elektron reyestrinin yaradılması, aparılması və saxlanılmasını təmin etməklə məlumat sorğuları əsasında fərdi tibbi məlumatların axtarışını və verilməsini standartlaşdırmağa imkan verir. Bu həmçinin tibb işçilərinin işini xeyli asanlaşdıracaq, rutin kağız işini avtomatlaşdıracaq və xəstəliklə bağlı retrospektiv məlumatların olmaması səbəbindən həkim səhvi ehtimalını minimuma endirəcək.

Elektron epikriz həkimin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir və tezliklə vətəndaşların “e-Səhiyyə” şəxsi kabinetində və mobil tətbiqində istifadəyə veriləcək. Çap edilmiş sənədin həqiqiliyini üzərindəki QR-kodu vasitəsilə yoxlamaq mümkündür.

Ölkənin səhiyyə praktikasına “Elektron epikriz” altsisteminin tətbiqi tibbi yardımın göstərilməsinin informasiya təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Rəqəmsal səhiyyənin vahid platformasına mərhələli keçid prosesində elektron epikriz tibbi məlumatların rəqəmsal ekosisteminin ayrılmaz hissəsinə çevriləcək. Həmin məlumatların əsasında rəqəmsal tibbi statistika, həkim qərarların qəbuluna dəstək sistemlərini qurmaq imkanı, o cümlədən süni intellekt texnologiyalarının istifadəsi və sənayedə idarəetmə qərarlarının həyata keçirilməsi üçün analitikanın qurulmasında mühüm rol oynayacaq.

Son yenilənmə tarixi : 2023-02-24 11:17
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.