Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə naziri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüş keçirib.
Görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadr hazırlığı, rəqəmsal səhiyyə həlləri, eləcə də ictimai səhiyyə sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və səhiyyə infrastrukturunun müasirləşdirilməsi barədə məlumat verib.

Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Yunanıstanın Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib. O, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Son yenilənmə tarixi : 2026-06-09 17:09
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.