Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə naziri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib.

Görüşdə Qırğızıstan, Türkiyə, Qazaxıstan və Özbəkistanın səhiyyə nazirliklərinin rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Qırğız Respublikasının səhiyyə naziri Damirbek Osmonov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və qarşılıqlı məlumat mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Teymur Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Türktransplant Vahid Məlumat Platformasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü bildirib.

Nazir Azərbaycanın səhiyyə sistemində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, cari ilin iyun ayında vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanılmasını və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdim olunduğunu diqqətə çatdırıb.

Səhiyyə naziri Türk dövlətləri arasında vahid tibb-elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibb təhsili və elektron səhiyyə standartlarının müəyyənləşdirilməsi, eləcə də davamlı tibbi təhsilin təmin edilməsini əməkdaşlığın əsas istiqamətləri kimi qeyd edib.

İclas çərçivəsində nazirlər “Türk Dünyası Vizyonu – 2040” sənədi və TDT-nin 2022–2026-cı illər üzrə Strategiyası əsasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi, əsas səhiyyə xidmətlərinin davamlılığının təmin edilməsi, yoluxucu xəstəliklərə, təbii fəlakətlərə və digər fövqəladə hallara effektiv cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər

Tədbirdə “TDT Səhiyyə Nazirlərinin 6-cı Toplantısının Birgə Bəyannaməsi” imzalanıb. Bəyannamədə dərman vasitələrinin təhlükəsizliyi və əlçatanlığı, tibbi kadrların peşəkarlıq səviyyəsinin artırılması, səhiyyədə süni intellektdən məsuliyyətli istifadə, əsas qeyri-infeksion xəstəliklərlə mübarizə, səhiyyə infrastrukturu və əczaçılıq sənayesinə investisiyaların təşviqi kimi istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi əksini tapıb.

Tərəflər, həmçinin TURKTRANSPLANT təşəbbüsü çərçivəsində əməkdaşlığın davam etdirilməsi, ümumi tibbi turizm şəbəkəsinin inkişaf etdirilməsi, dərman vasitələri və tibbi avadanlıqların birgə satın alınması mexanizminin hazırlanması, TürkEMT təşəbbüsünün inkişaf etdirilməsi və səhiyyə sahəsində 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verilməsi barədə razılığa gəliblər.

İclas çərçivəsində Türk Dövlətləri Birliyinin Baş katibi Kubanıçbek Omuralıyev, Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov və Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə iki tərəfli görüşlər keçirilib.

Səhiyyə nazirlərinin VII iclasının Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Bişkekdəki Qırğız-Türk Dostluq Xəstəxanasına səfər baş tutub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.