Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

İsrailli tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər

Səhiyyə Nazirliyində İsrailin Soroka Universiteti Tibb Mərkəzinin uşaq neyrocərrahiyyə şöbəsinin direktoru Dr. Mikki Gideon “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilib.
Həmçinin, “Azərbaycanda İsrail pediatriya həftəsi” layihəsinin təsisçisi Elana Cantor layihənin ölkəmizdə uğurla həyata keçirilməsi, çoxillik səmərəli fəaliyyəti və Azərbaycan-İsrail tibbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın son illərdə uğurla inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkənin tibb müəssisələri və mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, elmi-praktik əməkdaşlıq və kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr səhiyyə sisteminin inkişafına mühüm töhfə verir.
Səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edərək təltif olunan şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Öz növbəsində, Dr. Mikki Gideon və Elana Cantor göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək, Azərbaycan ilə İsrail arasında səhiyyə əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsində səylərini davam etdirəcəklərini vurğulayıblar.

Son yenilənmə tarixi : 2026-06-05 12:19
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.