“Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək

Avqustun 9-da, saat 11:00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək.

Toplantıda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupununa aid müvafiq qurumların (Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, TƏBİB, Dövlət Statistika Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və digərləri) nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirdə iclasın gündəliyinə müvafiq olaraq 2023-cü ilin birinci yarımil üzrə Fəaliyyət Planı əsasında aparılmış tədbirlər barədə müvafiq məlumatlandırılma aparılacaq.

Eyni zamanda, Komissiyanın fəaliyyətinin daha da optimallaşdırılması məqsədilə digər qurumları təmsil edən yeni üzvlərin təqdimatları dinləniləcək.

İclasda iştirakla bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür: azranking.az

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.