Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul ELAN EDİR
"Pediatriya" ixtisası (3220.01) üzrə (qiyabi, ödənişli əsaslarla) - 2.0
Sənədlər 09 iyun 2026-cı il, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Bakı şəh., Bəsti Bağırova küç., 17
Tel: +994 12 436 93 26
e-mail ünvanı: etpi@e-health.gov.az
Fəlsəfə doktoru proqramı hazırlığı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.