Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
“Pulmonologiya"(3235.01)
- 1 yer qiyabi büdcə hesabına
“Ftiziatriya” (3228.01)
- 1 yer qiyabi büdcə hesabına;
Sənəd qəbulu portal.edu.az vasitəsilə 19 may 2026-cı il tarixindən 9 iyun 2026-cı il tarixi saat 16:00-dək həyata keçiriləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər, paralel olaraq ETAXİ - nin elmi hissəsinə də təqdim edilməlidir:
Elmi müəssisənin rəhbərinin adına ərizə;
Kadrların şəxsi-qeydiyyat vərəqi;
Tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
İş yerindən xasiyyətnamə;
Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Elmi rəhbərin razılıq ərizəsi;
Xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti olduğu halda (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications)
Əlavə məlumat üçün ETAXİ-nin elmi hissəsi ilə əlaqə saxlamaq olar.
Əlaqə nömrəsi: 012 421 22 62
Mail ünvanı: etacxi@e-health.gov.az
Ünvan: M.Şərifli küç.,163