Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığına sənəd qəbulu ELAN EDİR
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində 3232.01 – Hematologiya və qan köçürmə ixtisası üzrə fəlsəfə doktoru hazırlığına 2026-ci il üçün 3 yer ayrılıb:
• Təhsil forması: Qiyabi
• Təhsil haqqı: Büdcə hesabına (yəni dövlət sifarişi ilə, ödənişsiz)
Sənədlər 9 iyun 2026-ci il saat 16:00-dək aşağidakı ünvana təqdim edilməlidir:
Mirəli Qaşqay küç 145, Bakı, Nəsimi,
Tel: 1842
051 201 65 45
e-mail ünvanı: Mhtm@esehiyye.az
Mhtm@e-health.gov.az
Fəlsəfə doktoru proqramı hazırlığı üzrə doktoranturaya qəbul üçün aşağıdaki sənədlər təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.