- İmran müəllim, qlaukoma xəstəliyi daha çox hansı yaş kateqoriyasında müşahidə olunur?

- El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir. Səbəb isə odur ki, qlaukoma erkən mərhələlərdə asimptomatik keçir. Buna görə də onun nəzarətsiz gedişi görmə qabiliyyətinin geri dönməz itkisinə səbəb olur.
Qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur. Lakin bu xəstəlik gənclərdə və hətta körpələrdə (anadangəlmə qlaukoma) baş verə bilər.

- Qlaukoma xəstəliyi gözə necə zərər verir?

- Qlaukoma görmə sinirinin və tor qişanın zədələnməsinə səbəb olur. Bu, göz içi təzyiqinin fərdi normadan artıq olması səbəbindən baş verir və zaman keçdikcə optik sinirin atrofiyasına gətirib çıxara bilər.

- Qlaukomanın hansı növləri var?

- Qlaukoma, əsasən, iki qrupa bölünür: Açıq bucaqlı qlaukoma və qapalı bucaqlı qlaukoma.
Açıq bucaqlı qlaukoma -bu, demək olar ki, xəstəliyin nisbətən az çox rast gəlinən formasıdır. Əksər hallarda açıq bucaqlı qlaukoma asimmetrik olaraq baş verir və hər iki gözə təsir edir. Patologiyanın bu növü kor ləkənin, sinir liflərinin və görmə sahəsinin struktur və funksional defektinə səbəb olur.
Qapalı bucaqlı qlaukoma - xəstəliyin nisbətən az rast gəlinən formasıdır. Bu formada gözdaxili təzyiq sürətlə artmağa başlayır. Qapalı bucaqlı qlaukomada bəbəyin genişlənməsinə səbəb olan istənilən vasitə, məsələn, işıq, müəyyən dərmanlar, hətta gözləri müayinə etmək üçün istifadə edilən bəbəkgenişləndirici damcılar qüzeyli qişanın gözdaxili maye axarlarının bloklamasına səbəb olur. Bu zaman göz alması qısa zamanda sərtləşir - təzyiq qəfildən ağrı və görmənin dumanlanmasına gətirib çıxarır. Qapalı bucaqlı qlaukomanın kəskin tutması zamanı şiddətli baş ağrısı, ürəkbulanma, qusma və sinə ağrısı kimi simptomlar müşahidə oluna bilər.

- Qlaukoma riskini artıran amillər hansılardır?

- Risk faktorları aşağıdakılardır:
• 40 yaşdan yuxarı olanlar;
• yüksək dərəcəli miopiya (yaxından görmə) və ya hipermetropiya (uzaqdan görmə),
• irsi meyllilik;
• göz zədələri;
• şəkərli diabet, hipertoniya, endokrin xəstəliklər;
• müəyyən dərmanların (hormonal dərmanlar, antihistaminiklər, antidepresanlar və s.) uzunmüddətli istifadəsi.

- Həkimə nə zaman müraciət etmək lazımdır?

- Aşağıdakı simptomlardan hər hansı biri baş verərsə, dərhal həkimə müraciət etməlisiniz:
• Periferik və ya yan görmə itkisi. Bu, adətən, qlaukomadan görmə itkisinin ilk əlamətidir;
• İşıq mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görülməsi;
• Gözlərin qızarması;
• Göz ağrısı və baş ağrıları. Ən çox qapalı bucaqlı qlaukoma zamanı baş verir;
• Ürəkbulanma və ya qusma. Xüsusilə gözlərdə güclü ağrı ilə müşayiət olunarsa.
Onu da qeyd edim ki, xəstəliyinin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.