Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu

Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Bu xidmət Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin elektron formada qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir. Tibb işçilərinin vahid registri, o cümlədən tibb idarə və müəssisələrindın alınan məlumatlar əsasında Səhiyyə naizrliyinin Kadr , elm və təhsil şöbəsi tərəfindən vakant vəzifələrə işə qəbul üçün müsabiqə barədə məlumat nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin portalı e-health.gov.az saytına daxil ola bilərsiniz. Daha sonra saytda təqdim edilmiş e-xidmətlər menyusuna keçid almalısınız. (Şəkil 1)

E-xidmətlər menyusundan 22-ci menyu- Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu menyusuna daxil olmaq lazımdır. (Şəkil 2)

Yüklənmiş Həkimlərin Mərkəzləşdirilmiş İşə Qəbulu səhifəsində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak etmək üçün müraciətlərin və sənədlərin elektron formada qəbul edilməsi və Nazirlik tərəfindən müraciət etmiş şəxsə Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”nin verilməsi həyata keçirilir.

Burada sizdən müvafiq bölmələri doldurmaq tələb olunur:

  • Vahid forma üzrə ərizə (əlavə olunur)
  • Tərcümeyi-hal
  • Ali təhsil haqqında sənədin (diplomunun) (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla), işə buraxılma haqqında şəhadətnamə də daxil olmaqla) elektron formada surəti;
  • İxtisaslaşma haqqında sənədin elektron formada surəti(olduğu halda)
  • Sertifikasiya şəhadətnaməsinin elektron formada surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
  • Sağlamlıq barədə ərazi poliklinikası tərəfindən verilən arayışın elektron formada surəti;

İstifadəçi, elektron ərizə formasını doldurur və yuxarı göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir. Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. Daha sonra Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqəyə buraxılma barədə “İmtahana buraxılış vərəqəsi” rəsmiləşdirilərək birbaşa istifadəçiyə təqdim olunur.

Növbəti musabiqə və müsabihə mərhələsinin nəticələri barədə istifadəçi Səhiyyə Nazirliyinin Həkimlərin Mərkəzləşdirilmiş İşə Qəbulu səhifəsindən əldə edə bilər.

Bu səhifədən sizə faydalı olan məlumatı ala bildiniz ?

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.