|
26 fevral 2010
Gəncə şəhər Səhiyyə İdarəsində və Zərdab Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 25.02.2010-cu il tarixində Gəncə şəhər Səhiyyə İdarəsində və Zərdab Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirilmişdir. Aksiyalar zamanı Gəncə şəhər Səhiyyə İdarəsində 250 nəfər, Zərdab MRX-da isə 80 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır. Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk! AKSİYALAR DAVAM EDİR!
Tibbi Yardımın Təşkili Şöbəsi
|